Peskov: "İrəvanın ABŞ-la təlim qərarı ciddi təhlil tələb edir"
“Ermənistanın KTMT ilə təlimlər keçirmək istəyini ifadə etməməsi və indi amerikalılarla təlimlər təşkil etmək istəyini necə bəyan etməsi çox dərin təhlil tələb edən qərarlardır. Təhlil edilməlidir ki, İrəvanın niyə məhz belə qərarlar verdi, hansı məqsədlər güddü".
Kreml rəsmisi Ermənistandan KTMT-dən çıxması ilə bağlı rəsmi siqnalların olmadığını da vurğulayıb.
“Biz bu mövzuda çoxlu müzakirələr gördük. Ermənistanda olan qərbyönlü analitiklər bunu dəfələrlə müzakirə ediblər. Lakin bu məsələ ilə bağlı heç bir rəsmi siqnal almamışıq”, - Peskov qeyd edib.
O, Ermənistan ərazisinə hücum olacağı təqdirdə Rusiyanın müttəfiq kimi onu müdafiə etməyə hazır olub-olmaması ilə bağlı sualı da cavablandırıb: “Əgər Ermənistanın ərazisindən danışırıqsa, bilirsiniz ki, bizim KTMT çərçivəsində öhdəliklərimiz var. Amma siz də bilirsiniz ki, Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra orada vəziyyət bir qədər dəyişdi... Bu, İrəvanın qərarı idi”.
Tural Tağıyev
AzVision.az
Teqlər: Rusiya Ermənistan KTMT