Tehran və Vaşinqton məhbus mübadiləsi sazişini tam şəkildə yerinə yetirmək ərəfəsindədir
“İranın bloklanmış maliyyə resurslarından 6 milyard dollar sentyabrın 11-də Qətər banklarına köçürüləcək, daha sonra 5 amerikalı məhbus İrandan azad ediləcək və Amerikada həbsdə olan eyni sayda iranlı İrana qayıdacaq. Doha bu müqavilənin maliyyə tənzimləmələrinin həyata keçirilməsinə cavabdehdir, bunun əsasında azad olunan pullarla bağlı bank haqlarını ödəyəcək və İranın bu aktivləri qəbul etməsi prosesini nəzarətdə saxlayacaq. Daha sonra əsirlərin mübadiləsi Qətər vasitəsilə həyata keçiriləcək. Bu yolla azad edilən pulu xərcləməklə İran ərzaq və dərman ala biləcək, Qətər isə bunun xərcini birbaşa ödəyəcək”, - məlumatda deyilib.
Bu razılaşma çərçivəsində ilk addımda İran avqustun 10-da Evin həbsxanasından 4 Amerika vətəndaşını oteldə “ev dustaqlığına” köçürüb və onlar artıq ev dustaqlığında olan 5-ci Amerika vətəndaşına qoşulub.
Anlaşma çərçivəsində ABŞ-dan azad ediləcək iranlı məhbusların kimliyi barədə isə hələlik heç bir məlumat yoxdur.
AzVision.az