Peskov: "Çin iqtisadi cəhətdən ABŞ-ı geridə qoyub"

   Peskov:    "Çin iqtisadi cəhətdən ABŞ-ı geridə qoyub"
  11 Sentyabr 2023    Oxunub:855
Kreml rəsmisi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində diqqət çəkən fikirlər səsləndirib.
O, Çinin bir çox iqtisadi parametrlərdə ABŞ-dan üstün olduğunu bildirib.

Peskovun sözlərinə görə, bu gün iqtisadi inkişaf mərkəzləri Yer kürəsinin digər bölgələrinə doğru dəyişir və Ümum daxili məhsul baxımından dünyanın bütün yeni regionları ilk növbədə ABŞ-a yaxınlaşır. Xüsusən də Çin təkcə ABŞ-ın dabanlarını yaxınlaşmayıb, bir çox cəhətdən Amerika iqtisadiyyatından üstün olub.

“Çoxqütblü dünya mütləq reallıqdır. Biz mənzərənin necə dəyişdiyini, iqtisadi inkişaf trayektoriyasının, iqtisadi inkişaf mərkəzlərinin daha yüksək templərin nümayiş olunduğu dünyanın digər regionlarına doğru dəyişdiyini görürük”, - Kreml rəsmisi qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin   ABŞ  





Xəbər lenti