Mossad: İsrail Moskvanın İrana silah tədarükündən narahatdır

   Mossad:    İsrail Moskvanın İrana silah tədarükündən narahatdır
  11 Sentyabr 2023    Oxunub:1500

İsrail kəşfiyyatının rəhbəri David Barney Moskvanın Tehrana qabaqcıl silahlar verməsi ehtimalının olduğunu bildirib.
AzVision.az xəbər verir ki, “Mossad”ın rəhbəri İsrailin Reyxman universitetində keçirilən konfransda Rusiyanın İranın silah istehsalına olan xammal tələbatını ödəməsinin Tehrana yaxşı heç nə vəd etmədiyini vurğulayıb.

“Bizim narahatçılığımız ondan ibarətdir ki, Rusiya İranın silah və xammal tələbatını ödəyəcək. Bu isə İsraili risk altına qoyur. İran israillilərə qarşı ölümcül hücumlar planlaşdırır. Əgər İsrail yəhudiləri İran tərəfindən zərər görsələr, İran rəsmiləri və siyasətçiləri aşağıdan yuxarı hədəfə alınacaqlar. İsrailin qisası İran torpağının dərinliklərində və Tehranın ürəyində reallaşacaq. Təl-Əviv və müttəfiqləri son bir ildə Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada İsrail vətəndaşlarına qarşı 27 hücumun qarşısını alıblar. Bu komandaların sui-qəsdlərini İran layihələndirib, təşkil və idarə edib. İndi də mən çıxış edəndə İran daha çox hücumlar həyata keçirməyə çalışır”, - Barney deyib.

Bir neçə gen əvvəl “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən İranın Rusiyadan qabaqcıl zenit sistemləri almaq niyyətində olduğunu bildirmişdi. Moskva indiyədək Tehrana S-400 zenit sistemləri satmaq planı barədə heç nə deməsə də, Təl-Əviv bu qabaqcıl silahların İsrailin İranın nüvə obyektlərinə hava hücumuna qarşı təsirli amil olacağına inanır.

Ötən aylarda Qərb rəsmiləri də Rusiyanın Ukraynadakı müharibədə istifadə üçün İrandan yüzlərlə PUA alması müqabilində İrana qabaqcıl qırıcılar vermək niyyətində olduğunu iddia ediblər.
AzVision.az


Teqlər: Mossad   İran  





Xəbər lenti