Kənani: Azərbaycan Ermənistana qarşı hərbi addım atmaq niyyətində deyil
“Ermənistan hakimiyyəti Azərbaycandan yeni hərbi münaqişənin başlaya biləcəyindən narahatlığını bildirib. Amma Bakı rəhbərliyi bizə bildirdi ki, onların hərbi hücum niyyəti yoxdur və son transferlər qış mövsümü ərəfəsində adi hərbi əməliyyatdır, çünki dağlıq ərazilərdə hərəkət getdikcə çətinləşir. Qafqazda baş verən proseslərin əhəmiyyətini, regionda hər hansı iğtişaş və qeyri-sabitliyin, yeni gərginliyin bütün regiona təsirini nəzərə alaraq, İran bu sahədə baş verənləri həssas və ciddi şəkildə izləyir”, - Kənani deyib.
AzVision.az
Teqlər: İran Ermənistan