İran Rusiyaya raketlər verməyi planlaşdırır

   İran Rusiyaya raketlər verməyi planlaşdırır
  11 Sentyabr 2023    Oxunub:985
İran hökuməti Rusiyaya PUA-lardan əlavə yaxın və uzaq mənzilli raketlər verməyi planlaşdırır.
Bunu İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin (“Mossad”) rəhbəri David Barnea deyib. Onun sözlərinə görə, “Mossad” narahatdır ki, bunun qarşılığında Rusiya İrana İsrail üçün təhlükə yarada biləcək müasir silahlar göndərə bilər.

Barnea qeyd edib ki, 2023-cü ilin oktyabrından BMT-nin Tehrana tətbiq etdiyi silah embarqosunun müddəti başa çatdığı üçün İranın beynəlxalq silah bazarına çıxışı asanlaşdırılacaq. Onun sözlərinə görə, hazırda embarqoya görə İran silah almaq üçün üçüncü şəxslərin xidmətindən istifadə edir.


AzVision.az


Teqlər:





Xəbər lenti