Qurana qarşı hücumlar BMT-də müzakirə ediləcək

Qurana qarşı hücumlar BMT-də müzakirə ediləcək
  11 Sentyabr 2023    Oxunub:820
Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə qarşı hücumlar BMT-də müzakirəyə çıxarılacaq.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk məlumat verib. O qeyd edib ki, xüsusilə bəzi Avropa ölkələrində Qurani-Kərimə qarşı son vaxtlar artan hücumlar BMT İnsan Haqları Şurasının 6 oktyabrda keçiriləcək 54-cü Sessiyasında gündəmə gətiriləcək və bu məsələ ətraflı müzakirə ediləcək.

Xatırladaq ki, İsveçdə, Danimarkada son zamanlar dəfələrlə Qurani-Kərimin yandırılması aksiyaları keçirilib. Bu aksiyalar bir çox müsəlman ölkələrinin qəzəbinə səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti