Mərakeşdə ölənlərin sayı 2 681 nəfərə çatıb

 Mərakeşdə ölənlərin sayı 2 681 nəfərə çatıb
  11 Sentyabr 2023    Oxunub:804
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 681 nəfərə çatıb.
Bu barədə “Al Arabiya” telekanalı Krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, azı 2 501 nəfər xəsarət alıb. Bundan əvvəl ölkə hakimiyyəti 2 497 nəfərin öldüyünü, 2 476 nəfərin yaralandığını bildirmişdi.

Xatırladaq ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.


AzVision.az


Teqlər:





Xəbər lenti