Sankt-Peterburqda 248 nəfər qidadan zəhərlənib

Sankt-Peterburqda 248 nəfər qidadan zəhərlənib
  11 Sentyabr 2023    Oxunub:897
Rusiyanın Sankt-Peterburq şəhərində “Samokat” çatdırılma xidmətinin “Greenbox” qidasından zəhərlənənlərin sayı 248 nəfərə çatıb.
Bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) şəhər idarəsi məlumat yayıb. Qeyd olunub ki, hazırda şəhər xəstəxanalarında iki uşaq olmaqla 129 nəfər kəskin bağırsaq infeksiyası ilə müalicə alır. Daha 28 xəstədə salmonella aşkar edilib.

“Rospotrebnadzor” zəhərlənən şəxsləri məhkəmədə müdafiə etməyə, eləcə də onlara qida istehsalçısı və çatdırılma xidmətinə qarşı məhkəməyə qədər iddia qaldırmağa kömək etməyə hazır olduğunu açıqlayıb. Vurğulanıb ki, epidemioloji araşdırma davam edir. Departament sentyabrın 8-dən etibarən “Greenbox”un fəaliyyətinə müvəqqəti qadağa qoyub.

AzVision.az


Teqlər:





Xəbər lenti