"Türkiyəyə təzyiqin faydası yoxdur" - Ərdoğan

"Türkiyəyə təzyiqin faydası yoxdur" -  Ərdoğan
  11 Sentyabr 2023    Oxunub:1048
İsveçin NATO-ya üzvlüyünün təsdiqi prosesində Türkiyə hakimiyyətinə təzyiqlər qəbuledilməzdir və faydasızdır.
Bu barədə RİA Novosti-yə prezident administrasiyasındakı mənbə bildirib. "Bu mövzuda Türkiyəyə hər hansı təzyiq qəbuledilməzdir", deyən mənbə xatırladıb ki, prezident Rəcəb Tayyib Ərdoğan əvvəllər belə niyyətlərin puç olduğunu bəyan edib.

Onun sözlərinə görə, Ankaranın qərarı bilavasitə Stokholmun bəyan etdiyi öhdəliklər çərçivəsində atacağı addımlardan asılıdır. O, onların hamısının hələ tamamlanmadığını vurğulayıb.

Ərdoğan daha əvvəl demişdi ki, Vaşinqton Türkiyəyə F-16 qırıcıları satmaq məsələsini Ankaranın Stokholmun NATO-ya üzv olmaq ərizəsini təsdiqləməsi ilə əlaqələndirir. O, bu qərarı ilk növbədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qəbul etməli olduğuna diqqət çəkib.

AzVision.az


Teqlər:





Xəbər lenti