Putin yeni növ silahlar yaradacaqlarını bəyan etdi
“Təhlükəsizlik sektoruna nəzər salsanız, yeni fiziki prinsiplərə əsaslanan silahlar yaxın gələcəkdə istənilən ölkənin təhlükəsizliyini təmin edəcək. Biz bunu çox yaxşı başa düşür və bunun üzərində işləyirik”, - Putin Şərq İqtisadi Forumunun sessiyalarının moderatorları ilə görüşündə deyib.
“Yeni fiziki prinsiplərə əsaslanan silahlar” adətən keyfiyyətcə müasir və ya əvvəllər istifadə olunmamış texnologiyalardan, əməliyyat prinsiplərinin tətbiq olunmasını nəzərdə tutur. Belə silahlara lazer, infrasəs, radiotezlik və digər silah növləri daxildir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Putin