Ermənistanda 2 xorvatiyalı azarkeş saxlanılıb

Ermənistanda 2 xorvatiyalı azarkeş saxlanılıb
  12 Sentyabr 2023    Oxunub:839
Sentyabrın 11-də Ermənistan və Xorvatiya milliləri arasında oynanılan futbol matçı zamanı baş vermiş insident nəticəsində 3 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib. Qeyd edilir ki, saxlanılanlardan ikisi Xorvatiya, biri isə Ermənistandan olan bir azarkeşdir.

“Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 195-ci maddəsinin 1-ci bəndi (fiziki təsir göstərmə) üzrə cinayət işi başlanıb”, - Abrahamyan qeyd edib.

Qeyd edək ki, dünən Ermənistan - Xorvatiya matçında azarkeşlər arasında dava düşüb. Oyun 1-0 Xorvatiyanın xeyrinə yekunlaşıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Azarkeş  





Xəbər lenti