Putin: "Kiyev əks-hücuma başlayandan 71,5 min itki verib"

      Putin:    "Kiyev əks-hücuma başlayandan 71,5 min itki verib"
  12 Sentyabr 2023    Oxunub:1218
Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlayandan indiyədək 71,5 min nəfər itki verib.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O qeyd edib ki, "Ukrayna əks-hücumlardan heç bir nəticə əldə etmir, lakin böyük itkilər verir".

Həmçinin Ukrayna ordusu 543 tank və 18 min zirehli texnika itirib.

Bundan əlavə, Rusiya prezidenti qeyd edib ki, nə qədər ki, qarşı tərəf əks-hücum əməliyyatları keçirir, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyatları dayandıra bilməz: "Əgər əks-hücumlar olursa, biz hərbi əməliyyatları necə dayandıra bilərik? Biz trotskiçi deyilik".

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti