Britaniya diplomatiyasının rəhbəri İsrailə “İran təhdidləri” barədə xəbərdarlıq edib

Britaniya diplomatiyasının rəhbəri İsrailə “İran təhdidləri” barədə xəbərdarlıq edib
  12 Sentyabr 2023    Oxunub:1040
Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverli İsrail və Fələstin ərazilərinə səfəri zamanı iki ölkənin formalaşmasının həlli ilə bağlı danışıqların bərpası zərurəti ilə yanaşı, regionda təhlükəsizlik təhdidləri, o cümlədən “İranın yaratdığı təhlükə” problemi ətrafında müzakirələr aparacaq.
AzVision.az xəbər verir ki, Kleverli bu səfər çərçivəsində İsraildə və Fələstində ən yüksək səviyyələrdə görüşlər keçirir.

Britaniya Xarici İşlər nazirliyinin bəyanatına görə, İranı HƏMAS və Fələstin İslami Cihadını dəstəkləməklə “terrorizmi” gücləndirməkdə ittiham edən Ceyms Kleverli bölgədə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini zəruri sayır.

“İngiltərə və İsrail öz xalqlarının təhlükəsizliyini qorumaq üçün sıx əməkdaşlıq edəcəklər. İki ölkə İran rejiminin qəbuledilməz təhdidləri ilə mübarizə aparmaq üçün təhlükəsizlik əlaqələrini gücləndirir”, - Kleverli deyib.

Bu səfər İordan çayının qərb sahilində zorakılığın artması, Qəzza və Şərqi Qüdsdə Fələstin dövlətinin yaradılması yönündə ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarını canlandırmaq üçün aydın perspektivlərin olmadığı bir vaxta təsadüf edir.
AzVision.az


Teqlər: Britaniya   İran  





Xəbər lenti