Qrossi: İranla razılaşmada heç bir irəliləyiş yoxdur
“Tehranın Əlavə Protokolun icrasını dayandırmaq qərarından 2,5 il keçib. Yalnız qalan qorunma məsələləri həll edildikdən sonra MAQATE İranın nüvə proqramını sülh xarakterli adlandıracaq mövqe tutacaq. İrandan birgə bəyanatda qeyd olunan öhdəliklərin yerinə yetirilməsi istiqamətində agentliklə dürüst və qətiyyətli əməkdaşlıq aparmasını xahiş edirəm”, - Qrossi deyib.
Bu ilin martında Rafael Qrossinin Tehrana səfəri zamanı İranın nüvə proqramı müstəvisində əməkdaşlığın artırılması üçün İranın hakimiyyət orqanları ilə saziş imzalandığını elan edib.
Razılaşmaya əsasən, İran elan olunmamış nüvə obyektləri ilə bağlı “etibarlı texniki cavablar” verməli və agentliyə daha çox monitorinq imkanları yaratmalı idi.
Tehran özünün nüvə proqramını “dinc” xarakter daşıdığını və MAQATE ilə “tam əməkdaşlıq” etməyə hazır olduğunu bildirir. İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani Tehranın agentliklə əməkdaşlığı birgə bəyanat çərçivəsində davam etdiyini, görüşlər keçirildiyini və bu siyasətin gələcəkdə də davam etdiriləcəyini söyləyib.
AzVision.az