Aİ missiyası Ermənistanda əməliyyat bazası açıb - FOTO

   Aİ missiyası Ermənistanda əməliyyat bazası açıb -    FOTO
  12 Sentyabr 2023    Oxunub:964
Aİ missiyası İcevanda əməliyyat bazası açıb. Bu barədə missiyanın Twitter səhifəsində bildirilir.
Açılış mərasimdə müşahidəçilər missiyasının rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos, Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan iştirak ediblər.

Avqust ayında Aİ missiyası Qafan şəhərində ikinci əməliyyat mərkəzini açıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti