1 milyonluq sualı cavablandıran Rabiaya estetik protez söz verdi - FOTO
"Qızımız Rabianı televiziyadan izlədim. Protezdən istifadə etdiyini gördüm. Onun açıqlamalarına qulaq asdım. Bir ata kimi çox təsirləndim. Onun yaşlarında bir qızım var. Bu işlərlə məşğul olan bir vətəndaş kimi mən də üzərimə düşən məsuliyyəti hiss etdim. Rabia xanımın istədiyi və ekrandan dediyi estetik qol protezini edəcəyimi ona bildirdim. Çox xoşbəxt oldu".
Ankarada yaşayan Rabia Birsen Güvercin ötən il Qurban bayramında dükançı atasına kömək edərkən bir qolunu ətçəkən maşında itirib. Güvercinin sağ əli biləyindən amputasiya edilib.
"Kim milyonçu olmaq istəyir?" yarışmasına qatılan Güvercin 1 milyon TL dəyərində sualı cavablandıraraq qalib gəlib. Qazi Universitetinin Biologiya fakültəsinin məzunu olan 24 yaşlı qız həmin pulla özünə estetik qol protezi hazırlatmaq istədiyini deyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: