Corc Buş "şoka düşdü": "Mənə yemək verən oğlan Priqojin imiş" - FOTO
Keçmiş prezident:"Xeyr, təəcüblənmədim. Məni şoka salan başqa bir şey oldu. Bu yaxınlarda "G8" in Sankt-Peterburqda keçirlən sammitinin fotosuna baxırdım. Şəkildə Priqojinin mənə yemək çəkdiyini gördüm. O, Putinin aşpazı idi", - suala cavab verib.
Kiçik Buş onunla şəxsən görüşdüyünü xatırlamadığını deyib.
Business Insider qeyd edir ki, 14 iyul 2006-cı il tarixli foto Corc Buş və həyat yoldaşı Laura Buşun G20-nin 32-ci sammiti zamanı Konstantinovski sarayında Putinlə nahar edən anlarını əks etdirir. Yevgeni Priqojin isə onlara qulluq edirdi.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: