Mərakeşdə zəlzələdən ölənlərin sayı 3 minə çatır

Mərakeşdə zəlzələdən ölənlərin sayı 3 minə çatır
  12 Sentyabr 2023    Oxunub:928
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2,9 mini keçib, 5,5 mindən çox insan xəsarət alıb.
Bu barədə Mərakeş Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sentyabrın 9-na keçən gecə Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib. Epidemiya Mərakeşdən 80 kilometr aralıda, 10 kilometr dərinlikdə yerləşib. Bunun ardınca 4,8, 3,4, 3,2 və 3,3 bal gücündə ən azı dörd afterşok baş verib. Kral VI Məhəmməd Mərakeşdə üç günlük matəm elan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti