Şimali Koreya yenidən ballistik raket buraxıb

Şimali Koreya yenidən ballistik raket buraxıb
  13 Sentyabr 2023    Oxunub:1601
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Yaponiyanın Müdafiə Nazirliyi də Şimali Koreyanın ballistik raket buraxdığını təsdiqləyib. Raketin xarakteristikası və uçuş detalları barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, Şimali Koreya cari ildə sonuncu dəfə avqustun 30-da 2 qısamənzilli ballistik raket sınağı həyata keçirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti