Bolqarıstan Prezidenti: "Azərbaycanla uğurlu əlaqələr mövcuddur"

    Bolqarıstan Prezidenti:    "Azərbaycanla uğurlu əlaqələr mövcuddur"
  13 Sentyabr 2023    Oxunub:1175
"Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir".
Bunu Bolqarıstan Prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O, Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində də uğurlu nəticələrin müşahidə edildiyini qeyd edərək, bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb: "Strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcuddur. Azərbaycan və Bolqarıstan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji baxışını icra etdi".

“Həmrəylik Halqası - STRİNG layihəsinin ölkələrimizin birgə təşəbbüsü olduğunu deyən R.Radev, həmçinin bildirib ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılması da bu sahədə uğurlu əməkdaşlığı göstərir.

O, həmçinin ölkələrimiz arasında yaşıl enerji sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti