"Sputnik Moldova"nın rəhbəri ölkədən deportasiya edildi

   "Sputnik Moldova"nın rəhbəri ölkədən deportasiya edildi
  13 Sentyabr 2023    Oxunub:1122
“Sputnik Moldova”nın rəhbəri Vitali Denisov Moldovadan deportasiya edilib və ona ölkəyə girişinə 10 il qadağa qoyulub.
Bu barədə RİA Novosti ilə söhbətində Denisov özü məlumat verib. Jurnalist bildirib ki, miqrasiya xidmətinin əməkdaşları evinə gələrək onu maşına mindirib və ilk reyslə deportasiya etmək üçün hava limanına aparıblar.

"Mənə əşyalarımı yığmağa, ev heyvanlarımı götürməyə imkan vermədilər. Moldovaya girişim 10 il müddətinə qadağan edildi. Bununla bağlı səfirə məlumat verildi", - jurnalist bildirib.

Şahanə Rəhimli
AzVision.az






Teqlər: Moldova  





Xəbər lenti