Ceyhun Bayramov: “Qurani-Kərimin yandırılması yolverilməzdir”

      Ceyhun Bayramov:    “Qurani-Kərimin yandırılması yolverilməzdir”
  13 Sentyabr 2023    Oxunub:1212
“Biz dözümsüzlük və ayrı-seçkiliyin artması tendensiyası, islamofobiya və nifrətin qızışdırılmasının qorxulu təzahüründən narahatıq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan insan hüquqlarının fundamental prinsiplərini qorumağa tam sadiqdir.

XİN rəsmisi vurğulayıb ki, tolerantlığın və ayrı-seçkiliyin qarşısının alınması insanların hüquqlarının müdafiəsinin təmin edilməsində olduqca vacibdir: “Bunlar davamlı cəmiyyətin qurulmasında mühüm elementlərdir. Biz hesab edirik ki, insan hüquqlarının tam şəkildə həyata keçirilməsi davamlı sülh, inkişaf və bütün insanların rifahı üçün vacibdir”.

C.Bayramov Qurani-Kərimin yandırılması məsələsinə də diqqət çəkib: “Dünyanın bəzi yerlərində Qurani-Kərimin yandırılması və təhqir olunması yolverilməzdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti