Moskvaya səfəri zamanı İlon Maskın üzünə tüpürüblərmiş

   Moskvaya səfəri zamanı İlon Maskın üzünə tüpürüblərmiş
  13 Sentyabr 2023    Oxunub:1052
2002-ci ildə Rusiya təşkilatının nümayəndəsi istismardan çıxarılan sovet reaktiv daşıyıcılarını almağa çalışan sahibkar İlon Maskın üzünə tüpürüb. Bu barədə Uolter İsaaksonun “İlon Mask” kitabında məlumat verilir.
Hadisə İlon Maskın Moskvaya səfəri zamanı baş verib. Həmin vaxt o, Marsa uçmaq barədə düşünürdü və bunun üçün Rusiyadan alınmış kosmik texnologiyadan istifadə edəcəyinə ümid edirdi.

Maskı əvvəllər planetlərarası stansiyaların və hərbi peyklərin hazırlanmasında iştirak etmiş amerikalı mühəndis Cim Kantrell müşayiət edirdi.

Beləliklə, səfər yaxşı başlamayıb. Belə ki, Mask ilk gün çox içib və özündə olmayıb. O, yalnız axşam ayıla bilib və başqa bir rus təşkilatı ilə danışıqlar aparmaq üçün gedib. İş adamı görüşdə başqa planetlərin müstəmləkəçiliyi haqqında söhbət açıb.

Cantrell iddia edir ki, Maskın lağlağılığı açıq-aydın onların həmsöhbətini qəzəbləndirib.

“Bu raketlər bəzi kapitalistlərin öz axmaq missiyaları uğrunda Marsa uçmaq üçün hazırlanmayıb", - deyə həmin şəxs qışqırıb və soruşub: "Baş mühəndisiniz kimdir?". Mask baş mühəndisin özü olduğunu bildirib. Bundan sonra Rusiya təmsilçisi onun üzünə tüpürüb.

Gözlərinə inanmayan Mask Kantrelldən soruşub: "O bizə tüpürdü?". Kantrell cavabında bunu təsdiq edib.

"Tüpürdü. Düşünürəm ki, o, hörmətsizlik göstərmək istəyirdi".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İlonMask  





Xəbər lenti