İranda siyasi fəal həbsxanadan xəstəxanaya aparılıb

İranda siyasi fəal həbsxanadan xəstəxanaya aparılıb
  13 Sentyabr 2023    Oxunub:1171
Siyasi fəal Bəharə Hidayət Evin həbsxanasından Tehran xəstəxanasına köçürülüb.
AzVision.az xəbər verir ki, onun vəkili Zəhra Minuyinin öz Twitter hesabaında Bəharə Hidayətin ailəsinə istinadən yaydığı məlumatda məhbus siyasi fəalın vəziyyəti pisləşdiyi üçün aclıq aksiyasının 13-cü günündə Evin həbsxanasından xəstəxanaya köçürüldüyü bildirilir.

Xanım Hidayət etirazçı məhbus Cavad Rohinin ölümündən sonra İranda “ikiqat repressiya”ya etiraz olaraq aclıq aksiyasına başlayıb. Aclıq aksiyasını dayandırmaq üçün artan istəklərdən sonra o, sentyabrın 9-da sosial şəbəkələrdə yayımlanan mesajında “aclıq aksiyasını davam etdirmək” əzmində olduğunu vurğulayıb. Son günlər Hidayətin vəkili onun kəskin arıqladığını açıqlamışdı.

2019-cu ilin yanvarında SEPAH-ın Ukrayna təyyarəsin vurmasına etirazlarla bağlı işdə Bəharə Hidayət əvvəllər Tehran İnqilab məhkəməsi tərəfindən 4 il 8 ay həbs cəzasına məhkum edilmişdi. Ötən ilin oktyabrında isə dostunun evində təhlükəsizlik işçiləri tərəfindən həbs olunan xanım Hidayət, noyabr ayında hökmün icrası üçün Evin həbsxanasının qadınlar şöbəsinə köçürülüb.

Ona qarşı yeni “cinayət” işi açan İran hakimiyyəti, siyasi faəlı “sistemə, cəmiyyətə qarşı təbliğat fəaliyyəti və sövdələşmə, həmçinin korrupsiya və fahişəliyi təbliğ etmək”də günahlandırıb.
AzVision.az



Teqlər: İran   etirazçı  





Xəbər lenti