Kim Çen In Rusiyaya bacısını da aparıbmış

 Kim Çen In Rusiyaya bacısını da aparıbmış
  13 Sentyabr 2023    Oxunub:1136
Kim Çen Inın bacısı və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çen Şimali Koreya liderini Rusiyaya səfərdə müşayiət edir.
RİA Novosti xəbər verir ki, o, Rusiya Prezidentinin adından qardaşının şərəfinə verilən qala şam yeməyində görünsə də, lakin danışıqlarda iştirak etməyib.

KXDR Mərkəzi Xəbər Agentliyinin Kim Çen Inın Şimali Koreyanı tərk etməsini əks etdirən fotolarında Kim Yo Çenqin fotoqrafların yanında dayandığı görünüb. O, Rusiyaya gedən məmurlar cərgəsindən ayrı durub. Onun adı Rusiya-Koreya danışıqlarının iştirakçılarının siyahısında da olmayıb.

Lakin Yo Çenq KXDR liderini sınaq binasını ziyarət edərkən və Vostoçnı kosmodromunda qonaqlar kitabını imzalayanda, eləcə də təntənəli şam yeməyi zamanı müşayiət edib.



Şahanə Rəhimli
AzVision.az






Teqlər: İran  





Xəbər lenti