İran ABŞ-la əsir mübadiləsi sazişində 5 iranlının adını təsdiqləyib

İran ABŞ-la əsir mübadiləsi sazişində 5 iranlının adını təsdiqləyib
  13 Sentyabr 2023    Oxunub:1076
İranın BMT-dəki nümayəndəliyi ABŞ-la əsir mübadiləsi zamanı azadlığa buraxılacaq (İrana qaytarılacaq) 5 iranlının adını təsdiqləyib.
AzVision.az İranın BMT-dəki nümayəndə heyətinin sözçüsü Əli Kərimi Məqamın “Associated Press” agentliyinə müsahibəsinə istinadən xəbər verir ki, həmin şəxslərin arasında 2021-ci ildə həbs edilən və nüvə siyasətində Amerika rəsmiləri ilə birlikdə İrana xarici lobbiçilik göstərməkdə ittiham olunan Kave Lütfullah Əfrasiyabi də var.

İrana raket, elektron müharibə, nüvə proqramı və digər hərbi sektorlarda işlənən avadanlıq satmaq ittihamı ilə 2021-ci ildə 63 ay həbs cəzası alan Mehrdad ƏnsariTehranın azad etmək istədiyi digər bir şəxsdir.

Üçüncü şəxs mühəndislik planlarını oğurlamaqda və 2019-cu ildə İrana göndərməkdə ittiham olunan Əmin Həsənzadədir.

2021-ci ildə İrana qeyri-qanuni laboratoriya avadanlığı göndərməkdə ittiham olunan Rza Sərhəngpur və BƏƏ-dəki şirkətlər vasitəsilə İrana elektron avadanlıq, habelə proqram təminatı göndərdiyinə görə bu ilin fevralında 30 ay həbs cəzası alan Kambiz Əttar Kaşani də həmin 5 nəfərdən biridir.

Birləşmiş Ştatlar həbsdə olan beş İran vətəndaşının azad edilməsi və İranın Cənubi Koreyadakı dondurulmuş aktivlərinin 6 milyard dolların blokdan çıxarılması qarşılığında İranda həbsdə olan beş ikili vətəndaşı təhvil almağa hazırlaşır.

İranı tərk edəcək Amerika vətəndaşlığı olan məhbuslar 51 yaşlı Siamək Namazi, 59 yaşlı Emad Şərqi və 67 yaşlı ekoloq Murad Təhbaz, habelə adları hələ də açıqlanmyan daha bir qadın və bir kişidir.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti