Vaşinqton İranın Qətərə köçürülən pullarını bloklaya bilər

Vaşinqton İranın Qətərə köçürülən pullarını bloklaya bilər
  13 Sentyabr 2023    Oxunub:780
Birləşmiş Ştatlar lazım bilsə, Cənubi Koreyada bloklanan və Qətərə köçürülən İranın altı milyard dollarını bir daha bloklamak imkanına malikdir.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin sözçüsü Metyu Miller jurnalistlərə müsahibəsində belə variantı da istisna etməyib.

“Xəzinədarlıq departamenti bu resursların necə istifadə olunmasına ciddi nəzarət edir. Biz bu resurslardan necə istifadə olunduğuna diqqət yetiririk və onların istifadəsini izləmək imkanımız var. Bu vəsaitlərin humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur”, - Miller deyib.

Məhz İran prezidenti İbrahim Rəisinin “NBC” kanalına müsahibəsinin dərcindən bir neçə saat sonra Miller belə açıqlama verib.

Rəisi həmin müsahibədə bu pulun İrana və İran millətinə məxsus olduğuna görə, onun necə və hara xərclənməsi qərarını da məhz Tehranın verəcəyini iddia edib.

Bu isə birmənalı şəkldə Vaşinqtonu qıcıqlandırıb və yəqin ki, başqa cür də ola bilməzdi.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti