İranda Məhsa Əmininin ailəsi şantaj olunur
Məlumatda Əminiyə qızının vəfatının ildönümü mərasimini ləğv etmək və mərasimlə bağlı son açıqlamanı təkzib etmək üçün təzyiq göstərilib.
Kəşfiyyat idarəsinin müstəntiqləri onun və ailəsinin Məhsanın ölümünün ildönümü ilə bağlı hər hansı “fəaliyyət göstərəcəyi, müsahibə verəcəyi və söz deyəcəyi” halda “ Əmcədin digər uşağı Əşkan da həbs olunacağı ilə hədələyiblər.
Məhsanın atası Əmcəd Əmini və anası Müjgan İftixari sentyabrn 8-də mətn dərc edərək, övladlarının “şəhadət ildönümü”ndə Aiçi Saqqız qəbiristanlığında məzarı üstündə “Zinanın ildönümünün ənənəvi və dini mərasimi”ni keçirəcəklərini bildiriblər.
İranın təhlükəsizlik və kəşfiyyat orqanları bu mesajın dərcindən sonra Aiçi qəbiristanlığı ətrafında bir çox məhdudiyyətlər qoyublar.
AzVision.az