Ermənistanda koronavirusun yeni növü aşkarlandı

Ermənistanda koronavirusun yeni növü aşkarlandı
  13 Sentyabr 2023    Oxunub:1075
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünyada COVID-19-a yoluxma halları artıb.
Qeyd edilir ki, Avropa regionunda xəstəxanalara yerləşdirilənlərin də sayında çoxlamalar var.

Hazırda yoluxmalar koronavirusun Omicron BA.2.86 (Pirola) və EG.5 (Eris) növləridir.

Bu günlərdə isə Ermənistanda koronavirusun yeni növü olan XBB.2.3 - "akrux"(Omicronun (BA.2.10.1 və BA.2.75) rekombinasiyasıdır-red.) aşkar edilib. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, sentyabrın 12-nə olan məlumata görə, son 7 gün ərzində ölkədə 71 nəfər COVID-19-a yoluxub ki, bu da əvvəlki həftə ilə müqayisədə xeyli çoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti