20 yaşlı erməni əsgər naməlum şəraitdə güllə yarasından ölüb
"Güllə yarasından dünyasını dəyişən 20 yaşlı Aleks Sureni Avanesyan Kotayk rayonunun Getamej kənd sakini olub. Qonşulardan biri əməkdaşımıza deyib ki, Aleks evin yeganə uşağı olub, anası və nənəsi ilə yaşayırmış", - News.am yazıb.
Qeyd edilir ki, erməni əsgər 20 yaşında orduya çağırılıb və Abovyan şəhərində təhsil aldıqdan sonra proqramçı olub.
"Mamul" isə yazır ki, Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib. Nəşr N saylı hərbi hissənin əsgərinin başına dəyən güllədən öldüyünü yazıb: "Meyitin yanında əsgərə məxsus avtomatı tapılıb. İlkin məlumatlara görə, bu intihar hadisəsidir"
Tural Tağıyev
AzVision.az
Teqlər: