“Amnesty İnternational” İrana qarşı beynəlxalq tədbirlər görməyə çağırıb
“Amnesty International” beynəlxalq ictimaiyyəti İran hakimiyyətini mühakimə etməyə çağırıb. Bu, əslində başqa ölkələrdən, insanlığa qarşı cinayət törətməkdə təqsirləndirilən şəxslərin həmin ölkələrin özlərində deyil, xarici ölkədə cinayət məsuliyyətinə cəlb edilməsi tələbidir.
“Ötən il Almaniya hökuməti BMT-nin İnsan Haqları şurasında İran üzrə Təhqiqat komissiyasının formalaşmasında mühüm rol oynayıb. İndi Məhsa Əmininin ölümündən bir il ötür. Biz Almaniya hökumətinin özünü İranda insan haqlarına sadiq hesab edəcəyini gözləyirik”, - Dukrou deyib.
İran hökuməti ötən ilki ümummilli etirazları ciddi şəkildə yatırtdı və on minlərlə insanı həbs etdi. Hüquq müdafiəçilərinin müxtəlif hesablamalarına görə, azı 500 etirazçı həlak olub. Ağır repressiya siyasəti nəticəsində etirazlar səngiməsə də, bu gün İranda bir çox qadın səssiz etiraz aksiyasında məcburi hicabla bağlı qanunlara məhəl qoymayaraq, ictimai yerlərə hicabsız gedirlər.
AzVision.az