Amerikada İrana qarşı üç qətnamə qəbul edilib
Birinci qətnamə İran raketləri və pilotsuz təyyarələrinin istehsalı və ixracı ilə məşğul olan şəxsləri hədəf alır. İkinci qətnamə isə İranın yüksək vəzifəli şəxslərinə qarşı “insan hüquqlarını pozmaq və terrorizmi dəstəkləmək” ittihamı ilə sanksiyalar tətbiq edir. Üçüncü qətnamə hökumətin Bəhai icmasına qarşı repressiyalarını sərt şəkildə pisləyir.
Hər üç qətnamənin ABŞ Nümayəndələr Palatasının üzvlərinin böyük əksəriyyəti tərəfindən təsdiqlənməsi İranda Məhsa Əmininin ölümünə cavab olaraq başlayan ötən ilki etirazların yatırılması ilə bağlı Konqresin yeni mövqeyinin göstəricisidir.
İkinci qətnamənin müəlliflərindən biri, İndiana ştatından olan respublikaçı konqressmen Cim Benks sosial şəbəkələrdə “Məhsanın öldürülməsinə və igid iranlıların əzilməsinə görə məsuliyyət daşıyan etirazçılara sanksiya tətbiq etməyin vaxtı çatdığını” yazıb.
AzVision.az