Avstraliya İranın bəzi şəxslərinə və qurumlarına qarşı sanksiya tətbiq edib

Avstraliya İranın bəzi şəxslərinə və qurumlarına qarşı sanksiya tətbiq edib
  13 Sentyabr 2023    Oxunub:1282
Məhsa Əmininin vəfatının birinci ildönümündə Kanberra İranın bir sıra qurumlarını və rəsmilərini sanksiyalarla cəzalandıracaq.
AzVision.az Avstraliyanın Xarici İşlər nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, Avstraliya hökuməti “qadınlar və qızlar da daxil olmaqla, İranda insanlara zülm etməkdə məsul saydığı dörd şəxsə və üç quruma qarşı maliyyə sanksiyaları və səyahət qadağası tətbiq edəcək.

“Avstraliya İran xalqı, xüsusilə də davam edən repressiyalar qarşısında böyük şücaət göstərən cəsur qadınlar və qızlarla həmrəydir. Sanksiyaya məruz qalan insanlar arasında İranda məcburi hicab qanunlarını pozduğu iddiası ilə iranlı qadın və qızlara qarşı dəfələrlə qorxuducu və hədələyici bəyanatlar verən Fəracın (SEPAH) sözçüsü Səid Müntəzir əl-Mehdini qeyd edə bilərik”, - Avstraliyanın Xarici İşlər naziri Penni Vanq qurumun internet səhifəsində yazıb.

Kanadanın SBS media kanalının məlumatına görə, FATA polisinin (Kiber polis) rəisi Vahid Məcid və İranın tele-radio qurumunun jurnalistləri Əli Rizvani və Aminəsadat Zəbihpur da Avstraliyanın sanksiya tətbiq etdiyi yeni şəxslər arasındadır.

Avstraliyanın Xarici İşlər nazirliyi bu jurnalistlərin “İranda ikili vətəndaşların, mülki fəalların, siyasi məhbusların, yazıçıların və dini azlıqların məcburi etiraflarının yayımlanmasında mühüm rol oynadığını” bildirib.

Həmçinin, İranda internet fəaliyyətini məhdudlaşdıraraq söz azadlığının boğulmasında mühüm rol oynayan İranın kiberpolisləri və siyasi motivlərlə həbs edilənlərin və mühakimə olunanların zorla etiraflarını yayımlayan, dövlətin dəstəklədiyi Press TV kanalı da hədəfdə olan qurumlardır.
AzVision.az


Teqlər: İran   Avstraliya  





Xəbər lenti