Disneyin ofisini siçanlar basdı
“Böhran menecmenti və idarəetmə şirkəti bu problemlərdən xəbərdardır və onların həlli üçün çalışır. Bununla əlaqədar olaraq sizdən xahiş edirik ki, 5-ci mərtəbədəki iş yerlərinizi dərhal tərk edəsiniz”, - deyə bildirişdə qeyd olunub.
Binanın işçilərinin evakuasiya olunduğu hissəsində Disneyin reklam departamenti yerləşir. İşçilərin işlərinə nə vaxt qayıda biləcəkləri məlum deyil.
Qeyd edək ki, Disney 1995-ci ildən Manhettendə böyük bir ofis binasında yerləşir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: