İraqın xarici işlər naziri: kürd qruplarını sərhəddən uzağa köçürürük
Fuad Hüseynin çərşənbə günü Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə keçirdiyi burgə mətbuat konfransında bu razılşma çərçivəsində İran-İraq sərhədindəki kürd qruplarının tərksilah ediməsinin nəzərdə tutulduğu vurğulanıb.
İraqın Xarici İşlər naziri İran-İraq sərhədindəki bu qrupları tərksilah etməklə yanaşı, onları BMT-nin və Qaçqınlar üzrə Ali Komissarlığın nəzarəti altında Kürdüstan bölgəsinin dərinliklərində bir sıra qaçqın düşərgələrinə köçürülməsinin də əsas məsədlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, İraq və region hökumətinin əməkdaşlığı nəticəsində bu planlaşdırma aparılıb, və onlar bu yöndə öz üzərlərinə götürülən öhdəliyi həyata keçiriblər.
İranın İarici İşlər naziri Nüseyn Abdullahiyan bir daha İraqdan bu transferin “mümkün qədər tez və mövcud razılaşma çərçivəsində” reallaşdırılmasını xahiş edib.
Tehranın dəfələrlə İraq və Şimali İraq Kürdüstan Muxtariyyətinə İran kürd silahlılarının mövcudluğundan şikayətindən sonra, nəhayət, iki ölkə mart ayında bu məsələ ilə bağlı sərhəd təhlükəsizliyi sazişi imzalayıb.
AzVision.az