Paşinyan probasiya xidmətinin rəhbərini vəzifəsindən azad edib

   Paşinyan probasiya xidmətinin rəhbərini vəzifəsindən azad edib
  13 Sentyabr 2023    Oxunub:928
Ermənistanın baş naziri Nikol Paşinyan probasiya xidmətinin rəhbəri Gevorq Simonyanı vəzifəsindən azad edib.
AzVision.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qərarı baş nazir imzalayıb.

Qeyd olunur ki, G.Simonyan sentyabrın 15-də vəzifəsindən uzaqlaşdırılacaq.

Xatırladaq ki, G.Simonyan 2019-cu ildə probasiya xidmətinə rəhbər təyin edilib və 2023-cü ilin yanvarında yenidən bu vəzifəyə təyin edilib. 2017-ci ildən 2019-cu ilə qədər G.Simonyan Ədliyyə Nazirliyinin “Armavir” cəzaçəkmə müəssisəsinin rəis müavini olub.

AzVision.az



Teqlər:





Xəbər lenti