Baş katib BMT-nin mənzil-qərargahının Nyu-Yorkdan köçürülməsinə münasibət bildirib
“Qərargahın Nyu-Yorkda yerləşməsi üzv ölkələr tərəfindən San-Fransiskoda təsdiqlənib (1945-ci ildə keçirilən konfransda - Qeyd), məncə, bu məsələ ilə bağlı BMT Nizamnaməsinə dəyişiklik etmək ehtimalı yoxdur”, - deyə o bildirib.
1946-cı ildə Nyu-York rəsmi olaraq BMT-nin Baş Qərargahının yeri olaraq seçildi. BMT-nin baş qərargahının ABŞ-da olması dünya təşkilatı ilə Vaşinqton arasında bağlanmış və Baş Assambleyanın 31 oktyabr 1947-ci ildə qəbul etdiyi müqavilə (169 saylı qətnamə) ilə tənzimlənir. Bu sənədə görə, BMT-nin binasının olduğu ərazi “bütün üzv dövlətlərə məxsus beynəlxalq zonadır”. Amerika hakimiyyət orqanları BMT tədbirlərinə rəsmi gələn şəxslərin qərargahına daxil olub-olmamasına mane olmamağa borcludur.
Bunlara BMT-yə üzv ölkələrin və ya ixtisaslaşmış qurumların nümayəndələri və ya rəsmiləri, ekspertlər, BMT-də akkreditə olunmuş jurnalistlər, habelə məsləhətləşmələrə dəvət olunmuş qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir. Birləşmiş Ştatlar bu şəxslərə “pulsuz və mümkün qədər tez” viza verməlidir.
AzVision.az
Teqlər: