"Rusiyaya təhlükəsizlik qarantı kimi arxalana bilmərik" - Paşinyan

 "Rusiyaya təhlükəsizlik qarantı kimi arxalana bilmərik" -  Paşinyan
  14 Sentyabr 2023    Oxunub:1107
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin üzərinə düşən vəzifənin öhdəsindən gəlmədiyini bildirib. Onun fikrincə, Rusiya sülhməramlılarının oraya gəlişindən sonra regionda vəziyyət daha da pisləşib.
“Rusiya sülhməramlıları öz tapşırıqlarının öhdəsindən gələ bilmədilər. Amma deyə bilmərəm ki, Rusiya sülhməramlıları Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”, - Ermənistanın baş naziri “Politico” ya müsahibəsində deyib.

Paşinyan hesab edir ki, Rusiya faktiki olaraq artıq Azərbaycana təsir göstərə bilməz. Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti Qarabağda öz üzərinə düşən tapşırığı yerinə yetirmir.

Həmin müsahibədə Nikol Paşinyan Azərbaycanla münaqişənin yenidən başlaması ilə bağlı qorxuların artdığı bir vaxtda Ermənistanın artıq Rusiyaya təhlükəsizlik qarantı kimi arxalana bilməyəcəyini deyib. O, izah edib ki, Ermənistanın hazırkı strategiyası “başqalarından asılılığı” mümkün qədər azaltmaqdır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti