Misirdə məktəblərdə niqab qadağan edildi

Misirdə məktəblərdə niqab qadağan edildi
  14 Sentyabr 2023    Oxunub:974
Misir hökuməti orta və ali məktəblərdə qızların niqab taxmasını qadağan edib.
Misirin Təhsil Nazirliyi bildirib ki, təhsil ocaqlarında niqablı qızların olması qəbuledilməzdir. Tələbələrə məktəb və universitetlərə hicabla gəlməyə icazə veriləcək, lakin bu, nazirlik və yerli təhsil müdirliyi tərəfindən müəyyən edilən rəngdə olmalıdır.

Yeni qaydalar cari tədris ilinin əvvəlindən - sentyabrın 30-dan 2024-cü ilin iyununa qədər qüvvədə olacaq. Qərar həm dövlət, həm də özəl məktəblərə şamil ediləcək. Yeni geyim qaydalarını tənqid edənlər sosial mediada hökuməti qadınların hüquqlarına müdaxilə etməkdə ittiham ediblər. Niqabın qadağan edilməsinə dəstək verənlər isə bu addımı qadın azadlıqları sahəsində mühüm yenilik kimi qiymətləndiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti