İranda daha bir fəaldan xəbər yoxdur

   İranda daha bir fəaldan xəbər yoxdur
  14 Sentyabr 2023    Oxunub:857
İran hökuməti güneyli fəallara təzyiqləri artırır. Belə ki, Təbriz şəhərində vətəndaş cəmiyyəti fəalı Əli Qoşaçaylı (Babayi) ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin əməkdaşları tərəfindən tutulub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, o, işlədiyi yerdə təhlükəsizlik qüvvələri tərəfindən döyülüb və məhkəmənin rəsmi qərarı olmadan həbs edilərək naməlum yerə aparılıb.

Əli Qoşaçaylının həbsinin səbəbi və nədə ittiham edildiyi barədə dəqiq məlumat yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti