Almaniyada Məhsa Əminin xatirəsinə kampaniya keçiriləcək

Almaniyada Məhsa Əminin xatirəsinə kampaniya keçiriləcək
  14 Sentyabr 2023    Oxunub:1004
Məhsa Əminin ölümünün ildönümü ilə eyni vaxtda Almaniyanın hər yerində onun xatirəsinə həsr olunmuş kampaniya keçiriləcək.
AzVision.az Frankfurt şəhərinin meri Nargiz İskəndəri Grunbergin İnstaqram hesablnda yaydığı məlumata istinadən xəbər verir ki, Məhsanın siması “Qadın, Həyat, Azadlıq” şüarı ilə bu ölkədə böyük rəqəmsal ekranlarda nümayiş etdirilməsi bu kampaniyanın tərkib hissəsi olacaq.

Məhsanın şəkli və etiraz şüarları Almaniyanın hər yerində 7000 rəqəmsal ekranda nümayiş etdiriləcək.

İran əsilli Frankfurt meri Almaniya vətəndaşlarını bu ekranlarda Məhsanin siması ilə şəkil çəkdirərək, İran xalqına göndərməyə və “sən tək deyilsən” ifadəsini səsləndirməyə dəvət edib.
AzVision.az


Teqlər: Məhsa   Almaniya  





Xəbər lenti