İnsan Haqları təşkilatı: Tehran cəmiyyəti qorxutmaq üçün edamdan istifadə edir

   İnsan Haqları təşkilatı:    Tehran cəmiyyəti qorxutmaq üçün edamdan istifadə edir
  14 Sentyabr 2023    Oxunub:1090
İran hökuməti son bir ildə ölüm hökmündən “instrumental” şəkildə istifadə edib.
AzVision.az xəbər verir ki, mənzil-qərargahı Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının topladığı statistik məlumatlarda Məhsa Əmininin ölümündən sonra ölkədə edamların sayının kəskin şəkildə artığı bildirilir.

“İranlıların və “Qadın, Həyat, Azadlıq” hərəkatının ümummilli etirazlarından sonra, son bir ildə İranın hakimiyyət orqanları cəmiyyətə qorxu aşılamaq ölüm hökmündən misli görünməmiş şəkildə istifadə ediblər. İranda Məhsa Əmini ölümündən bəri ən azı 697 nəfər edam edilib. Bu statistika əvvəlki illə (514 edam) müqayisədə 36% artım deməkdir”, məlumatda bildirilir.

Edam edilənlərin siyahısına yeddi etirazçı da daxildir.

Təşkilat “ümumi edamların (xüsusilə narkotik kimi qeyri-siyasi edamlar) əhəmiyyətli dərəcədə artmasına” toxunaraq, beynəlxalq ictimaiyyətdən İranda ölüm hökmünün geniş tətbiqinə qarşı tədbir görülməsini xahiş edib.

Təşkilatın direktoru Mahmud Əmiri Müqqəddəinn sözlərinə görə, bu gün İranda gördüyümüz ölüm hökmü deyil, yeni etiraz dalğasının qarşısını almaq məqsədilə həyata keçirilən geniş yayılmış məhkəmədənkənar qətllərdir. Bu cinayət əsasən marginallaşmış və ucuz qurbanlar sayılan insanlara qarşı törədilir.
AzVision.az


Teqlər: İran   edamlar  





Xəbər lenti