ALMA institutu: “İran İrəvanla Bakı arasındakı gərginlikdən İsrailə qarşı istifadə edir”
Hesabatda bildirilir ki, İran təkcə İsrailin müttəfiqi kimi Azərbaycanda təxribat törətmək üçün yox, həm də Suriya və Livana hərbi texnikanın çatdırılmasını asanlaşdırmaq üçün Ermənistandan istifadə edir.
“İranın hər iki sahədəki səyləri İsrailə qarşı təsirlidir. İran İrəvan və Bakı arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişədə Ermənistanı dəstəkləyir. İki ölkə arasında yüksək gərginliyin yaxın gələcəkdə yenidən alovlana biləcəyi bir şəraitdə SEPAH bu regionda fəallıq göstərir. İran Azərbaycana qarşı bir neçə cəbhədə fəaliyyət göstərir və SEPAH-ın Qüds qüvvələri asimmetrik müharibə, kəşfiyyat döyüşü aparır, silah və hərbi texnikanın Ermənistana ötürülməsi layihəsini həyata keçirir”, - hesabtada deyilir.
Maraqlıdır ki, sənəddə İranın Suriya və Livandakı səfirinin Xarici İşlər nazirliyi tərəfindən təyin edilən diplomat deyil, adətən Tehranın Hizbullah və Bəşər Əsəd rejimi ilə fəaliyyətinin koordinasiyasına cavabdeh olan SEPAH-ın yüksək rütbəli zabit olduğu vurğulanır.
AzVision.az