Prezidentlər bir-birlərinə hədiyyə verdilər: Əlcək, karabin...
“Putin həmkarına bir neçə dəfə kosmosda olmuş kosmik libasdan əlcək hədiyyə edib və ən yüksək keyfiyyətli yerli istehsal olan karabinini təqdim edib”, - deyə o, brifinq zamanı bildirib.
Peskov həmçinin deyib ki, Kim Çen In öz növbəsində Rusiya prezidentinə hədiyyə olaraq Şimali Koreya ustaları tərəfindən hazırlanmış karabin təqdim edib.
Xatırladaq ki, KXDR lideri ilə Rusiya prezidenti ötən gün Amur vilayətindəki “Vostochnı” kosmodromunda görüşüblər. Onlar əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Rusiya ŞimaliKoreya