Son bir ildə İranda 697 nəfər edam edilib

   Son bir ildə İranda 697 nəfər edam edilib
  14 Sentyabr 2023    Oxunub:913
“İran hakimiyyəti son bir ildə 697 nəfəri edam edib”.
Bu barədə İranın Hüquq Müdafiə Təşkilatının hesabatında bildirilib. Məlumata görə, 2022-ci il sentyabrın 1-dən indiyə qədər 697 nəfər edam olunub: “Bu da əvvəlki illə müqayisədə 36 faiz çoxdur”.

Hesabatda qeyd edilib ki, 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarında iştirak etmiş 7 nəfər edam olunub, daha 10 etirazçı barəsində bu hökm çıxarılıb: “82 nəfər haqqında isə ölüm hökmünün çıxarılacağı gözlənilir”.


AzVision.az


Teqlər:





Xəbər lenti