Avstraliyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Avstraliyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
  14 Sentyabr 2023    Oxunub:921
Məhsa Əminin ölümünün ildönümündə İran hakimiyyətinə bağlı bir neçə şəxs və qurumun adının Avstraliyanın sanksiyalar siyahısına əlavə etməsindən sonra bu ölkənin Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, Avstraliyanın Xarici İşlər naziri Penni Vanq çərşənbə günü İranda son bir il ərzində nümayişlərin “vəhşicəsinə yatırılması”na görə məsuliyyət daşıyan İranın dörd şəxs və üç qurumun adının sanksiyalara əlavə edildiyini açıqlayıb.

Yeni sanksiyalar arasında SEPAH-ın sözçüsü Səid Müntəzir əl-Mehdi və İranın kiber polis qurumu da var.

Bu xəbərin açıqlanmasından bir neçə saat sonra İranın Xarici İşlər nazirliyi Avstraliyanın Tehrandakı səfirliyinin yeni müvəqqəti işlər vəkilini çağırıb.

"İRNA" xəbər agentliyinin məlumatına görə, “İranın Avstraliya Xarici İşlər nazirinin müdaxiləçi sözlərinə və yuxarıda qeyd olunan sanksiyalara sərt etirazı” Avstraliya rəsmisinə çatdırılıb.
AzVision.az


Teqlər: İran   Avstraliya  





Xəbər lenti