ABŞ Rəisiyə viza verəcək

 ABŞ Rəisiyə viza verəcək
  14 Sentyabr 2023    Oxunub:1045
Son vaxtlar bəzi şərtlər çərçivəsində Vaşinqtonla Tehran arasında əldə olunan razılıq ikitərəfli münasibətlərdə ritorikanın da müəyyən dərəcədə yumşalmasına təsir göstərib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət departamentinin sözçüsü Metyu Miller İran prezidenti İbrahim Rəisinin bu ölkəyə gəlişinə viza verilməsinə borclu olduqlarını bildirib.

“Biz ev sahibiyik və ev sahibi kimi, bizim onlar haqqında nə düşündüyümüzdən asılı olmayaraq, digər ölkələrin nümayəndələrini qəbul etmək öhdəliyimiz var”, - Miller deyib.

Söhbət İran prezidentinin BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Amerikaya səfər etməsindən gedir.
AzVision.az





Teqlər: İran   ABŞ  





Xəbər lenti