İsrail, BƏƏ və Braziliya şirkətləri İran hakerlərinin hədəfi olublar

İsrail, BƏƏ və Braziliya şirkətləri İran hakerlərinin hədəfi olublar
  14 Sentyabr 2023    Oxunub:945
SEPAH-a bağlı hakerlər üç müxtəlif ölkədə yerləşən ümumilikdə 34 şirkət və təşkilatın sistemlərinə müdaxilə edərək, onları kiberhücumlara məruz qoyublar.
AzVision.az “ESET” kibertəhlükəsizlik şirkətinin məlumatına istinadən xəbər verir ki, “Charming Kitten” hökumət qrupu tərəfindən həyata keçirilən bu haker əməliyyatı İsrailə yönəlsə də, qurbanlar arasında bir neçə Braziliya və BƏƏ şirkətləri var.

Bu kiber kampaniyanın “Sponsor” adlı xüsusi zərərli proqram tərəfindən həyata keçirildiyi bildirilir. “Microsoft Exchange” serverlərindəki proqram çatışmazlığından yararlanan bu haker qrupu hədəflərinə nüfuz edə və zərərli proqram təminatını qurbanların texniki infrastrukturuna ötürə biliblər.

Bu zərərli proqram hakerlərə hücuma məruz qalan şirkətlərin serverlərində öz əmrlərini yerinə yetirməyə və onlarda olan məlumatları oğurlamağa imkan verir.

Sözügedən hücumlar 2021-ci ilin martından 2022-ci ilin iyununa qədər həyata keçirilib.
İranın hökumət hakerlərinin sızdığı İsrail şirkətləri media, avtomobil, texniki-mühəndislik və maliyyə sahələrində fəallıq göstəriblər.

Hücumların qurbanları arasında Braziliyanın bir tibb şirkəti də var. Dərc edilmiş hesabatda BƏƏ-dən olan şirkət haqqında məlumat verilməyib.
AzVision.az


Teqlər: İran   hakerlər  





Xəbər lenti