Baydenin oğlu üç ittihamla üz-üzə qalıb

   Baydenin oğlu üç ittihamla üz-üzə qalıb
  14 Sentyabr 2023    Oxunub:1086
ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden silah əldə etmək və saxlamaqda ittiham olunur.
Delaver ştatının məhkəməsinin ittihamına görə, prezidentin oğlu narkotikdən istifadəni inkar edərək "Kolt" tapançasını almaq üçün yalan məlumat verib. O, həmçinin narkotik vasitələrin istifadəsi dövründə silah saxlamaqda günahlandırılır.

Hanter Bayden vergidən yayınma maddəsi ilə də ittiham olunur. Rəsmi mənbələrin məlumatına görə, o, 2017 və 2018-ci illərdə 100.000 dollardan çox pulu ödəməyib. Bu da onu hər bir maddə üzrə 12 aya qədər həbs cəzasına məhkum edə bilərdi.

H. Bayden vergidən yayınma ittihamları ilə bağlı istintaqla sövdələşib. Həmçinin qanunsuz silah saxlama ilə bağlı məhkəməyə qədər tədbirlər görməyə razılaşıb. O, müqavilənin şərtlərinə əməl edərsə və reabilitasiya proqramını tamamlarsa, bu, ittihamın zamanla məhkəmə qeydindən silinməsinə imkan verər.

Şahanə Rəhimli
AzVision.az






Teqlər: Bayden  





Xəbər lenti